Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-25 15:00:00
AMEA layihələri Azərbaycan ordusunda tətbiq olunacaq

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Strateji Elmi Tədqiqatlar Mərkəzinin layihələrinin Azərbaycan Ordusunda tətbiqi və istifadəsi məqsədəuyğun hesab edilib.

AMEA-dan AzEdu.az-a verilən məlumata görə, Müdafiə Nazirliyinin dəvətilə AMEA Rəyasət Heyəti aparatının Strateji Elmi Tədqiqatlar Mərkəzi (SETM) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin təlim poliqonunda keçirilmiş hərbi təlimlərdə mövcud layihələri ilə iştirak edib və uğurlu nəticələr əldə edilib.

Təlimlərin davamı olaraq Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə mayın 20-dən 24-dək Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin, qisim, birlik və birləşmələrin iştirakı ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçirilib.