Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-25 14:18:00
“Peşə məktəbləri”ndəki ştat vahidləri –  Vacib vəzifələr, rəhbər şəxslər

 

Peşə-ixtisas təhsili müəssisəsinə rəhbərliyi qanunvericiliklə müəyyən edilmiş qaydada təyin olunan direktor həyata keçirir.

AzEdu.az “Azərbaycan Respublikasında ilk peşə-ixtisas təhsilinin dövlət standartları” adlı sənədə istinadən peşə təhsil müəssisələrində rəhbər və işçi heyətini təqdim edir:

İlk peşə-ixtisas təhsili müəssisəsinin direktoru və işçi heyəti üzvlərinin hüquq və vəzifələri “Dövlət və bələdiyyə tərəfindən yaradılan ilk peşə-ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə və digər müvafiq qanunvericilik aktlarında əks olunub.

Mövzu ilə bağlı peşə təhsil müəssisələri ilə də əlaqə saxladıq.  

7 saylı  Bakı peşə liseyinin baş ustası Şamama Süleymanova AzEdu.az-a açıqlamasında bəzi vəzifələrin liseylərdən fərqli peşə məktəblərində olmadığını deyir:

“ Peşə təhsil müəssisəsində idarə heyətində rəhbər direktordur. Ondan sonra tədris istehsalat işləri  üzrə direktor müavini,  tərbiyə işləri üzrə direktor müavini, təsərrüfat işləri üzrə direktor müavini, dərs hissə müdiri, hərbi rəhbər, idman rəhbəri, baş mühasib, baş usta və s.  adlı vəzifələr var.

Peşə məktəblərində bəzən tərbiyə işləri üzə direktor müavini olmaya da bilər”.

 Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini Rəsmiyyə Allahverdiyeva çalışdığı peşə mərkəzində yaxın müddətdə ştat sayının artırılacağını bildirib:

 “ Peşə təhsil müəssisələrində əsas idarə heyəti direktor, tədris istehsalat işləri üzrə direktor müavini  təlim tərbiyə işləri üzrə direktor müavini,  inzibati təsərrüfat işləri üzrə direktor müavinidir. Bunlardan  sonra   tədris istehsalat işləri üzrə direktor müavininin rəhbərliyi altında   dərs hissə müdiri və baş usta fəaliyyət göstərir.

Onu da qeyd edim ki peşə təhsil mərkəzlərində  lisey və məktəblərə nisbətən vakant yerlər daha çox olur. Hələlik təhsil mərkəzinin idarə heyəti bu qədərdir. Amma yaxın vaxtlarda ştatlar artırılacağı gözlənilir”.