Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-25 14:39:00
AMEA magistraturasına qəbulda müsahibə mərhələsi ləğv olunub - Xatırlatma

Sabah Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirəcək. Əvvəlki illərdə AMEA-nın magistraturasında təhsil alanlar xüsusi müsahibədən keçməli olurdular.

Bu ildən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturasına qəbul zamanı ixtisaslaşma seçimindən əvvəl keçirilən müsahibə mərhələsi ləğv olunub.

AzEdu.az-ın Akademiyaya istinadən verdiyi xəbərə görə, AMEA-nın magistraturasına qəbul olmaq istəyən bakalavrlar ümumi qaydada Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən magistraturaya qəbul imtahanının hər iki mərhələsində müsabiqə şərtlərini ödədiyi halda AMEA-nın magistraturasına ayrılan plan yerlərində göstərilən ixtisası seçmək imkanı əldə edəcəklər.

Qeyd edək ki, Nazirlər Kabineti tərəfindən 2019/2020-ci tədris ili üçün AMEA magistraturasına 24 ixtisas, 88 ixtisaslaşma üzrə 138 plan yeri təsdiq edilib. Ayrılan plan yerlərindən 103-ü dövlət sifarişli, 35-i isə ödənişli əsaslarladır. Cari ildə ilk dəfə olaraq AMEA-nın magistraturasına ödənişli əsaslarla tələbə qəbulu həyata keçiriləcək.