Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-25 11:32:00
Bilik yarışının qalibləri mükafatlandırıldı

28 May – Respublika Günü münasibətilə Qəbələdə məktəb komandaları arasında keçirilən bilik yarışı şəhər 2 nömrəli tam orta məktəbin komandasının qələbəsi ilə başa çatıb. Qəbələ şəhər 1 və 3 nömrəli tam orta məktəblərin komandaları müvafiq olaraq II və III yerləri tutublar.

AzEdu.az-ın məlumatına görə, rayon gənclər və idman idarəsinin və təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən bilik yarışının əsas məqsədi yetişməkdə olan gənc nəsli dövlətçilik, Azərbaycan tarixinə, dövlət rəmzlərinə hörmət ruhunda tərbiyə etmək, eyni zamanda, şagirdlərin intellektual səviyyəsini yüksəltmək, bilik və bacarıqlarını artırmaqdır.

Qəbələ şəhərindəki tam orta məktəblərin IX-XI sinif şagirdlərinin iştirak etdikləri bilik yarışı Azərbaycan dili-ədəbiyyat, tarix, riyaziyyat-həndəsə, coğrafiya, fizika, biologiya və kimya fənləri üzrə keçirilib.

Bilik yarışının qalibləri kubok və diplomlarla mükafatlandırılıb.(AzərTac)