Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-22 11:15:43
13 yaşlı məktəbli xəzinə tapdı

Almaniyada orta məktəb şagirdi Luca Malasnitçenko min illik tarixi olan xəzinə tapıb.

 AzEdu.az alman mediasına istinadən xəbər verir ki, bu işdə şagirdə həvəskar arxeoloq Rene Schön də kömək edib.

Xəzinə Almaniyanın Rügen adasında aşkarlanıb. Onun “Mavi diş” ləqəbli Danimarka kralı Harald Gormsson aid olduğu güman edilir.

Tapıntıda 600-ə qədər gümüş sikkə, boyunbağı, üzük və digər zinət əşyaları aşkar olunub. Günümüzdəki “blutuz” texnologiyası da öz adını xəzinəsi aşkar edilən kraldan alıb.

Qeyd edək ki, 13 yaşlı şagird  Luca Malaschnitschenko xəzinəni metal dedektorla axtararaq tapıb.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları