Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-24 16:32:00
Müəllimlər gözə girməyi bacaran tələbələrə daha yüksək bal yazırlar - SORĞU

Universitetdə qəddar  müəllimləri görmək istəməzdim

AzEdu.az tələbələr arasında sorğu keçirib, onların oxuduğu universitetlərlə bağlı düşüncələrini öyrənib. Kimi müəllimlərin qəddarlığından, kimi isə kollekviumların çoxluğundan şikayətlənib.

Tələbələrin bir-birindən maraqlı fikirlərini təqdim edirik:

Azərbaycan Texniki Universitetinin II kurs tələbəsi Ümid Quliyev kollekvium və fərdi işlərin sayının azaldılmasını istəyir:

“Bir tələbə olaraq, universitetdə görmək istəmədiyim şey, fərdi işlər və kollekviumlardır. Bunların ən azında sayları azaldılsa yaxşı olardı.

Bəzi professorların tələbələrə yuxarıdan aşağı baxırlar. Tələbəyə bir fərd kimi yanaşmırlar”.

Bakı Dövlət Universitetinin I kurs tələbəsi Surxay Bayramov daha çox tələbələrin davranışlarından gileyləndi:

“Universitetdə məni narahat edən bəzi tələbələrin tələbəyə yaraşmayan davranışlarıdır. Pilləkənlərdə, bufetdə istədikləri kimi hərəkətləri, çıxardıqları səs-küy və s. bir tələbəyə yaraşmayan davranışlardır.

Bir də bəzi haqsızlıqları görmək istəməzdim. Müəllimlər nə yolla olur-olsun göz girməyi bacaran  tələbələrə daha yüksək bal yazılar, nəinki gecə-gündüz çalışıb əziyyət çəkənlərə.

Bəzən bunu  tələbələr də edirlər. Müəllim bir dəfə aşağı  bal yazan kimi onu qınayırlar. Müəllim bir dəfə “0” yazanda pis müəllim olur”.

ADA universitetinin  II kurs tələbəsi Yasin Həsənov oxuduğu universitetdən razı olsa bir neçə fənnin dəyişməsinə  istəyir:

Oxuduğum universitetlə  bağlı elə bir problemim yoxdur. Sadəcə seadership, topskills kimi bəzi maraqsız fənlər  yerinə daha elmi  dərslərin keçilməsini istərdim. Bundan başqa elə bir dəyişikliyə ehtiyac olduğunu düşünmürəm”.

 Azərbaycan Memarlıq və İnşaat Universitetinin II kurs tələbəsi Zamin Bayramlı müəllimlərin insafsızlığından şikayətləndi:

Bir tələbə kimi universitetdə qəddar  müəllimləri görmək istəməzdim. Heç olmasa bəzi hallarda güzəşt etsələr çox yaxşı olardı. Bu da olmadıqda  bizim üçün böyük çətinlik yaradır”.

Azərbaycan Dillər Universitetinin III kurs tələbəsi Kübra Niftiyeva Kübra fərdi işlərin qiymətləndirilməsindən gileyləndi:

Bir tələbə kimi universitetdə asudə vaxt üçün şəraitin yaradılmasını istərdim. Bizim universitetin  Təbriz korpusunda həyət olsa da əsas korpusdakı həyət çox balacadır.

 Bir də bəzi müəllimlərin fərdi işləri qiymətləndirərkən haqsızlıq etmələrini istəməzdim”.

Azərbaycan Neft və Sənaye Universitetinin III kurs tələbəsi Aytac Hüseynzadə tələbələrə seçim imkanının verilməsinin tərəfdarıdır:

Tələbələr kurs işi rəhbərlərini özləri seçməlidir.  Daha sonra onlara müəllim və keçəcəkləri fənləri seçmək imkanının yaradılması daha məqsədəuyğundur.

Bir dəqayıb limiti aradan qalxsa daha yaxşı olar. Məncə tələbə dərsə məcbur yox, öz istəyi ilə gəlməlidir”.

Rəna NƏBİ