Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-24 14:10:00
Təhsil naziri Ağstafada vətəndaşları qəbul edib  

Təhsil naziri Ceyhun Bayramov Ağstafa şəhərindəki Heydər Əliyev Mərkəzində Ağstafa və Qazax rayon sakinlərini, həmçinin həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünləri qəbul edir.

Təhsil Nazirliyindən AzEdu.az-a bildiriblər ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilir.

Təhsil nazirinin müavini Firudin Qurbanov isə Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində Şəmkir və Gədəbəy rayon sakinlərini qəbul edir. Qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edirlər.