Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-24 12:54:00
Qruplarda yaranacaq müsabiqə gərginliyi, keçid balı artıb - azalacaq ixtisaslar - Qəbul proqnozları  

İxtisas qrupları üzrə yaz qəbul imtahanları artıq başa çatıb.

İmtahanlar yeni model əsasında keçirildiyindənbu il qruplar üzrə formalaşacaq müsabiqə vəziyyəti hamının diqqət mərkəzindədir.

AzEdu.az 2019-cu ildə ən gərgin müsabiqə vəziyyətinin yaranacağı ixtisas qruplarını və gərginliyin keçid ballarına necə təsir edəcəyini araşdırıb.

AMEA-nın  Nizami adına Ədəbiyyat İnstitutunun doktorantı, təhsil məsələləri üzrə mütəxəssis Elxan Nəcəfov AzEdu.az-aaçıqlamasındabütün qruplar üzrə gərginlik yarana biləcəyini bildirib:

“Ehtimal edirik ki,bu il keçid balı aşağı düşəcək. Keçid balının aşağı düşmə səbəbi nəticələrin keçən illə müqayisədə aşağı olmasıdır. Ötən  il yaz qəbul imtahanlarında 700 bal toplayanlar var idisə, bu il hələlik  belə nəticə göstərən olmayıb. Yay imtahanlarında da maksimum nəticə göstərənlərin olması sual altındadır. Buraxılış imtahanlarında sualların nisbətən çətinliyikiminsə 700 bal toplamasına mane oldu. İlkin proqnozlara görə keçid balı bu il 50-60 bal aşağı düşə bilər. Bu hal özünü xüsusilə 500 baldan yuxarı ixtisaslarda göstərəcək”.

Elxan Nəcəfovun sözlərinə görə, bu ildən Respublika Fənn Olimpiadalarının qaliblərinin ali məktəblərə imtahansız qəbul olunması az da olsa keçid balına təsir edəcək:

“Kollec məzunları həmin ixtisasları yazaraq plan yerlərini doldurmuş olacaqlar. Həmin yerlərə keçid balları qalxa bilər.

Ballar o zaman artır ki, həmin yerə iddialı olan şəxslərin sayı çoxalır. Bu baxımdan kollecləri bitirənlərə ali məktəblərdə müəyyən ixtisasları seçmə şansı verilirsə, bu həmin ixtisaslara keçid balının artmasına səbəb olacaq. Bu, ballara maksimum 30-40 % təsir edəcək. Çünki həmin kolleci bitirənlər onsuz da ali məktəbə hazırlaşırdı. Onlar ikinci dəfə əziyyət çəkməmələri üçün  ixtisas seçiminə buraxılırlar.

II ixtisas qrupunda bir çox ixtisasların azalması müşahidə olunur. Bu qrupa sənəd verənlərin sayı əvvəlki illərlə müqayisədə azalmadığı üçün rəqabət arta bilər. IV qrupa sənəd verənlər buraxılış imtahanında ingilis dilindən də imtahan verdikləri üçün abituriyentlərin sayında azalma var. Buraxılış imtahanında ingilis dili olduğuna görə IV qrupa hazırlaşanlar 6 fənndən imtahan vermək məcburiyyətində qalıb.

Daha rahat ixtisas seçimi hər il olduğu kimi I qrupda ola bilər. Bu qrupda ixtisas sayı çoxdur.

Keçid balının aşağı düşmə ehtimalı III ixtisas qrupu üzrə də gözlənilir”.

Təhsil üzrə mütəxəssis Elçin Əfəndi isə bu il ən gərgin müsabiqə vəziyyətinin III ixtisas qrupunda yaranacağı qənaətindədir:

“Ötən ilə nisbətən bu il 2100 nəfərdən çox abituriyent III ixtisas qrupu üzrə təkcə yaz qəbul imtahanında iştirak edib. Həmçinin III ixtisas qrupuna gedən abituriyentlərin əksəriyyəti humanitar ixtisaslar olduğu üçün hazırlıqlı idilər. Düşünürəm ki, yaz qəbul imtahanında nəticələr yaxşı olacaq. Bu da müsabiqəyə buraxılanların sayına ciddi təsir edəcək”.

Elçin Əfəndi qeyd edib ki,  III qrupdan sonra gərgin müsabiqə vəziyyəti I ixtisas qrupunda müşahidə olunacaq:

“Burada daha çox nüfuzlu ixtisaslar uğrunda mübarizə olacaq. Yüksək bal toplayanlar arasında ixtisas seçiminə bu qrupda daha həssaslıqla yanaşılmalıdır. 2019-un ən şanslı ixtisas qrupları II və IV qruplardır. Hər iki qrup üzrə ali məktəbə sənəd verənlərin sayında azalma müşahidə olunur. Məsələn, ötən il hər iki bölmədən 17.263 nəfər II ixtisas qrupu üzrə ərizə təsdiq etmişdirsə, bu il 14.126 nəfər elektron ərizəsini təsdiq edib. Eləcə də IV ixtisas qrupunda hər iki bölmə üzrə ötən il 5084 idisə, bu il bu say 4953 nəfərdir”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları