XƏBƏRLƏR

23.05.2019 17:53
Gənclər Fondu xaricdə təhsil üçün müsabiqə elan etdi - Seçim meyarları, müraciət qaydası  

Azərbaycan Respublikasının Gənclər Fondu gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin maliyyələşdirilməsi üzrə müsabiqə elan edir.

AzEdu.az xəbər verir ki,16-19 yaş arası Azərbaycan Respublikasının vətəndaşları  xaricdə prioritet ixtisaslar üzrə magistr dərəcəsində təqaüdlü təhsil ala bilərlər.

 Xaricdə prioritet ixtisaslar üzrə təqaüdlü təhsil almaq istəyənlər üçün seçim meyarlarını və müraciət qaydasını təqdim edirik:

Seçim meyarları:

Təqaüdçülər 16-29 yaş arasında olan Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilir;

Təqaüdçülər müraciət etdikləri təhsil səviyyəsi üzrə daha öncə Azərbaycanda dövlət sifarişi əsasında və ya “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə təhsilini başa vurmamış müraciətçilər sırasından seçilir;

Təqaüdçülər Gənclər Fondu tərəfindən təsdiq edilmiş prioritet ixtisaslar və xarici ali təhsil müəssisələrinə magistr təhsil dərəcəsi üzrə özləri daxil olan, təhsil almaq üçün dəvət alan və ya hazırda təhsil alan müraciətçilər sırasından seçilir;

Təqaüdçülər yalnız Fond tərəfindən qeyd edilən ölkələr və elan edilən prioritet ixtisas istiqamətləri üzrə müraciət edən müraciətçilər sırasından seçilir;

Təqaüdçülər Gənclər Fondunun Müşahidə Şurasının Q-03 Qərarının 3.4-cü bəndinə uyğun olaraq təhsil aldıqları ali təhsil müssisəsində cari müvəffəqiyyət dərəcəsinin orta balı 100 ballı sistem üzrə 91 baldan və ya təhsil aldığı ali təhsil müəssisəsində tətbiq edilən qiymətləndirmə sistemi üzrə bunun ekvivalentindən aşağı olmayan müraciətçilər arasından seçiləcək;

Fond tərəfindən elan edilən ölkə və prioritet istiqamətlər üzrə artıq xaricdə təhsil alan müraciətçilər, Gənclər Fondunun Müşahidə Şurasının Q-03 Qərarının 3.5-ci bəndinə uyğun olaraq, təhsil aldıqları xarici ali təhsil müəssisəsində cari müvəffəqiyyət dərəcəsinin orta balı 5 ballı sistem üzrə 4 bal və ya bundan yuxarı olduğu (və ya təhsil aldığı ali təhsil müəssisəsində tətbiq edilən qiymətləndirmə sistemi üzrə bunun ekvivalenti üzrə) təqdirdə sənədləri müsabiqədə iştirak üçün qəbul ediləcək;

Magistratura dərəcəsi üzrə müraciətçilərin xaricdə oxumaq üçün seçdiyi ixtisas, mövcud Gənclər Fondunun Müşahidə Şurasının Q-03 Qərarının 3.2-ci bəndinə uyğun olaraq, mövcud onun ali təhsil haqqında diplom üzrə ixtisasına uyğun olmalıdır;

Müraciətçi artıq təhsil alırsa müraciət etdiyi zaman ümumi təhsil müddətinin 50% -dən çoxunu başa vurmayanlar;

Təqaüdçüləri dövlət dilini və seçilmiş xarici ali təhsil müəssisəsində tələb olunan tədris dilini bilməlidirlər.

Xarici dil tələbləri barədə daha ətraflı məlumatlar:

TOEFL (Test of English as a ForeignLanguage) 79 (İBT), 550 (paper-based) - http://www.ets.org/toefl;

IELTS (InternationalEnglishLanguage Test System) - http://www.ielts.org/

6.5;

GRE (GraduateRecordExaminations) VERBAL: 152-158, QUANTITATIVE: 153-158, WRITING: 4.0 -http://www.ets.org/gre/;

GMAT (GraduateManagementAdmission Test) minimum 600 score -http://www.mba.com/the-gmat.aspx

SAT (ScholasticAptitude Test) 560 on Evidence-BasedReading&Writingsection -http://sat.collegeboard.org/home;

PTE (Pearson Test of English) 60 - https://pearsonpte.com/;

TCF (Test de connaissancedufrancais) B2 -http://www.ciep.fr/en/tcf/;

TestDaF (Test DeutschalsFremdsprache) level 3 (TDN 3) and level 4 (TDN 4), B2 - http://www.testdaf.de/index.php;

Qeyd: Gənclər Fondu xarici ölkələrdə dil və ya hazırlıq (foundation) kurslarını maliyyələşdirmir.

Seçimlərində iştirak etmək və elektron ərizəni doldurmaq üçün  ilk növbədə tələb olunan sənədləri toplamalısınız:

Müraciətə baxış mərhələləri;

Elektron ərizənin dolduruması;

Müsahibə

Namizədin elektron müraciəti qəbul edildikdən sonra, o müvafiq komissiya üzvlərinin iştirakı ilə keçiriləcək müsahibəyə dəvət olunur.

Sənədlərin Azərbaycan Respublikasının Gənclər Fondunun Müşahidə Şurasının Sədrinə göndərilməsi

Təqaüdçülərin elan edilməsi

Təhsil xərcinin maliyyələşdirilməsi

Təhsil səfərinin monitorinqi (mütəmadi)

Gənclər Fondu tərəfindən qarşılanacaq xərclər:

  1. təhsil haqqı;
  2. viza rüsumu;
  3. qəbul edən ölkədə təhsil alanların qeydiyyata alınması xərcləri;
  4. yaşayış (yataqxana və ya mənzil, gündəlik qida, nəqliyyat və digər) xərcləri;
  5. tibbi sığorta xərcləri;
  6. ildə bir dəfə qəbul edən ölkəyə gediş-gəliş (aviabilet) xərcləri.

Müsabiqəyə müraciət qaydası:

Müraciət etmək istəyənlər Azərbaycan Respublikasının Gənclər Fondunun rəsmi (www.youthfoundation.az) saytında qeydiyyatdan keçib, kod və şifrə əldə etdikdən sonra, saytın elektron xidmətlər bölməsində yerləşdirilmiş ərizə formasını müvafiq qaydada doldurub, sayt üzərindən Fonda göndərməlidirlər.

Qeyd edək ki, yalnız xarici ali təhsil müəssisəsindən qəbul məktubu aldıqdan sonra Gənclər Fondunun gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin maliyyələşdirilməsi üzrə müraciət edə bilərsiniz.

Günel Yaşarqızı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu