XƏBƏRLƏR

23.05.2019 14:50
Fuad Poladovun 71 illiyinə  

Hər ömrün əvvəli olduğu kimi bir sonu da vardır. Hər kəs nə vaxtsa qazandıqlaqını, lap elə sonuncu arzu və istəklərini də bu dünyada qoyub gedir. Özüylə apara biləcəyi yalnız çiyinlərində gəzdirdiyi əməllərin siyahısı olur. Xeyir əməllərin siyahısını sağ, bəd əməllərin isə sol çiynində. Onun çiyinlərində nə apardığını Allahdan başqa kimsə bilə bilməz. Bu dünyada qoyub getdiklərindən isə hamının məlumatı vardır. Azərbaycan kino, teatr tarixində yaratdığı obrazlar, bir insan kimi ifadə etdiyi fikirlər həmişə yaddaşlarda qalacaq…

Bu dünyada parlaq istedadlı aktyorlar az olmayıb. Amma mükəmməl şəxsiyyət kimi yadda qalanları çox deyil. Bəli, Fuad Poladov şəxsiyyət kimi ürəklərdə yuva qurmağı bacaran sənətkarlardan idi. Onun adı hələ uzun müddət ehtiramla yad ediləcək, ruhuna rəhmətlər dilənəcək. Axı insan onu tanıyanların sonuncu nəfəri dünyadan köçəndən sonra ölür. 
Yüz il bundan sonra onu şəxsən tanıyacaq kimsə həyatda olmayanda ifa etdiyi rollar, yaddaşa köçürülən verilişlərdəki çıxışları dil açıb danışacaq. Gələcək nəsillərə onun barəsində məlumat ötürəcək. Təkcə necə aktyor olduğu barədə yox, həm də onun şəxsiyyəti, insanlığı haqqında fikir formalaşdıracaq. Azərbaycan kişisinə xas olan keyfiyyətləri özündə ehtiva etdiyinə, bu yükün altında ləyaqətlə dayana bildiyinə görə…

Yaşasaydı mayın 24-də 71 yaşını qeyd edəcəkdi. Yəqin ki, yenə də məğrur davranışı, yüksək mədniyyəti ilə təbrikləri cavablandırıb hamıya minnətdar olacaqdı. Amma nə etmək olar, hər kəsə ömür təyin edən Allah vardır. Onun qarşısında hamımız acizik. Bəli, hər insan öz taleyini yaşayır. Bizə yalnız aramızdan köçmüş yaxşı insanlara Allahdan rəhmət diləmək qalır. 
Ruhun şad olsun, böyük insan!

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

İlin gənc müəllimi-Müraciət formu