Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-21 23:00:00
Kitabxana sahəsində çalışanlar üçün yeni vəsait hazırlandı

Tarix üzrə fəlsəfə doktoru Cavid Cəfərovun “Azərbaycan kitabxanaları verilənlər və metaverilənlər mərkəzi kimi” kitabı çapdan çıxıb.

AzEDU.az xəbər verir ki, kitabda müxtəlif tərkibli elektron sənəd-məlumat massivlərinin, verilənlər və metaverilənlərin yaradılması, emalı, mübadiləsi və ümumiyyətlə, kontent üzərində həyata keçirilən kitabxana-informasiya fəaliyyəti elmi-nəzəri cəhətdən təhlil olunub və ümumiləşdirilib.

Lissabon Universitetinin professoru, Portuqaliya Texnologiya və Memarlıq Məktəbinin riyaziyyat üzrə departamentinin direktoru Manuel Alberto M.Ferrera kitaba “Ön söz” yazıb.

Nəşr beş fəsildən ibarətdir və fəsillərdə kitabxanaların yaranması, sonrakı inkişaf və müasir yüksək texnologiyalar dövründə onların elektronlaşdırma sistemi barədə geniş məlumat verilir.