XƏBƏRLƏR

23.05.2019 12:42
İmtahansız ali məktəbə qəbul olunanlara təhsil aldıqları dildə tədris olunacaq

“Abituriyentlərin müsabiqədənkənar qəbulu nəzərdə tutulmuş təhsil proqramları üzrə abituriyentlərin təhsil aldıqları dildə tədris olunan ixtisaslar üzrə aparılacaq”.

AzEdu.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin bu gün keçirilən mətbuat konfransında çıxışı zamanı Emin Əmrullayev deyib.

Bildirilib ki, abituriyentlərin müsabiqədənkənar qəbulu Dövlət İmtahan Mərkəzi tərəfindən beynəlxalq səviyyədə akkreditasiya olunan İB Diploma Programme ( Beynəlxalq Bakalavriat Diplom Proqramı), Advanced Level of General Certificate of Education ( Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi) və Advanced Placement (Yüksək yerləşdirmə) təhsil proqramları üzrə aparılacaq.

Abituriyentlərin Müsabiqədənkənar qəbul nəzərdə tutulmuş təhsil proqramları üzrə abituriyentlərin təhsil aldıqları dildə tədris olunan ixtisaslar üzrə aparılacaq.

Qəbul müvafiq ixtisaslar üzrə müəyyən olunmuş keçid ballarının (qiymətlərin) minimum və maksimum hədləri nəzərə alınmaqla həyata keçiriləcək. Keçid ballarının (qiymətlərinin) minimum və maksimum hədləri arasında Mərkəz tərəfindən müəyyən ediləcək.

İlin gənc müəllimi-Müraciət formu