Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-23 12:31:02
Yeni qaydalar bu il imtahan vermiş abituriyentlərə də şamil olunacaq - DİM-in şöbə müdiri 

"Vətəndaşlar Nazirlər Kabinetinin qəbul etdiyi yeni qərarların onlara şamil olunmayacağından narahat olmasınlar".

AzEdu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Hüquqi təminat və insan resursları şöbəsinin müdiri Nərminə Bayramova deyib.

Onun sözlərinə görə, 2019-2020-ci tədris ilində ali məktəblərə qəbul kampaniyasına başlanılıb və müəyyən mərhələ başa çatıb: "Lakin vətəndaşlar Nazirlər Kabinetinin qəbul etdiyi yeni qərarların onlara şamil olunmayacağından narahat olmasınlar".

O qeyd edib ki, artıq Təhsil Nazirliyi ilə birgə həmin qərarın icrası istiqamətində müvafiq tədbirlərin icrasına başlanılıb:

"Məsləhət görürük ki, kollec məzunları Dövlət İmtahan Mərkəzinin rəsmi saytını izləsinlər. Əgər kollec məzunu ali məktəbə qəbul üçün sənəd verib imtahanlarda iştirak edib müəyyən nəticə əldə edibsə, onun müsabiqədənkənar qəbul şansı qüvvədə olacaq. Ali məktəbə qəbul üçün bu il sənəd verməyən kollec məzunlarının universitetə daxil olması üçün əlavə sənəd qəbulu elan ediləcək". 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları