Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-23 12:06:38
Universitetlərə imtahansız qəbul olunanlar yalnız bu halda ödənişsiz oxuyacaqlar

"Olimpiada qalibləri universitetlərə yalnız müvafiq ixtisaslar üzrə ödənişsiz əsaslarla imtahansız qəbul oluna biləcəklər"

Azedu.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmrullayev Təhsil Nazirliyində bu gün keçirilən mətbuat konfransında deyib. O bildirib ki,olimpiada qaliblərinin sayı o qədər də çox deyil:

"8 fənn üzrə ixtisasların siyahısı müəyyənləşib. Namizəd olimpiada qalib gəldiyi fənn üzrə ixtisas seçimində iştirak edə bilər. Uyğun olmayan ixtisaslara qəbul olunmaq istəyənlər isə qəbul imtahanlarında iştirak etməlidirlər.

Beynəlxalq olimpiada qalibləri (qızıl, gümüş və qızıl medal alanlar)  5 il ərzində DİM-ə müraciət etməklə ali təhsil müəssisələrinə imtahansız qəbul oluna bilərlər. Respublika olimpiadasının qalibləri isə universitetlərə 2 il ərzində imtahansız daxil ola bilərlər".

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları