Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-23 11:01:00
Qəzaya düşən tələbələrlə bağlı rəsmi məlumat: 2 nəfər ölüb, 2-si ağır vəziyyətdədir  

Mayın 23-də səhər saatlarında Yevlax rayonunun Xaldan qəsəbəsində baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində 25 nəfər qəzaya düşüb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat katibi Aynurə Əhmədovanın AzEdu.az-a verdiyi məlumata görə, qəza zamanı 2 nəfər hadisə yerində dünyasını dəyişib:

“Müxtəlif xəsarətlər almış 21 nəfər Yevlax Rayon Mərkəzi Xəstəxanasına, 2 nəfər isə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yevlax Rayon Mərkəzi Xəstəxanasında 21 nəfərə tibb müəssisəsinin müvafiq bölmələrində yardım göstərilir. Onlardan 2-si reanimasiyadadır, 1-nin vəziyyəti ağır, digərininki isə orta-ağır qiymətləndirilir”.

Agentlik rəsmisi xəstəxanadan verilən məlumata əsasən bildirib ki, qəza nəticəsində xəsarət alanların çoxu tələbədir:

“Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına gətirilən 2 nəfərin sağlamlıq durumu normaldır”