Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-22 15:52:00
Məktəblərdə kütləvi ixtisarlar zamanı kimlər və niyə işdə saxlanılmalıdır?-Müəllim hüququ  

Məktəb təhsil ocağı olmaqla yanaşı, ayrı-ayrı səlahiyyətlərə sahib kiçik ştat vahidlərindən ibarət birlikdir.

Amma dövr keçdikcə məktəbdəki ştat vahidləri, kiçik vəzifələr də dəyişikliyə uğrayır. Məsələn, məktəb laborantları və müavinlərin sayı əvvəlki illərlə müqayisədə xeyli azaldılıb.

Məktəblərə işə qəbulun vakant müsabiqə yolu ilə həyata keçirildiyi aydındır.

Bəs, ixtisar necə? Ümumiyyətlə, orta təhsil müəssisəsindən işçi ixtisar olunarkən kimlərin ştatda saxlanmasına üstünlük verilir?

AzEdu.az- xəbər verir ki, bu barədə məlumatlar Azərbaycan Respublikasının Əmək Məcəlləsində əks olunub. Məcəllədə qeyd olunanlar kiçik istisnaları çıxmaq şərtilə ölkə ərazisində fəaliyyət göstərən bütün idarə və təşkilatlara şamil olunur.

Məcəllədə qeyd edilib ki, işçilərin sayı azaldılarkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisas və peşəkarlıq səviyyəsinin  daha yüksəyinə malik işçilər işdə saxlanır. İşçinin peşəkarlıq səviyyəsini isə işəgötürən müəyyən edir.

İxtisas və peşəkarlıq səviyyələri eyni olanlardan hansının işdə saxlanmasını isə aşağıdakı şərtlərin ödənilməsi müəyyən edir:

-Şəhid ailəsinin üzvü olmaq;

-Müharibə iştirakçısı olmaq;

-Əsgər və zabitlərin həyat yoldaşı olmaq;

-Öhdəsində yaşı 16-adək olan 2 və daha çox uşağı olmaq;

-Həmin müəssisədə əmək şikəstliyi almaq və ya peşə xəstəliyinə tutulmaq;

-Məcburi köçkün və ya qaçqın statusuna sahiblik ;

-Kollektiv müqavilə və ya əmək müqaviləsi ilə işləmək.

Qeyd edək ki, işçilərin ixtisar olunması ilə bağlı bu sual direktorların işə qəbul müsabiqəsində gözləniləndir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları