Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-22 13:08:39
21 və 28 aprel tarixlərində keçirilən imtahanların nəticələri nə zaman elan olunacaq? - RƏSMİ  

21 və 28 aprel tarixlərində keçirilən imtahanların nəticələri yaxın günlərdə mərhələ-mərhələ elan olunacaq.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a məlumat verilib.

21 apreldə 11 illik bazada 3-cü istiqamət üzrə  (Mingəçevir, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Lerik, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Xocavənd, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızı ) buraxılış imtahanları baş tutub.

28 apreldə isə əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi keçirilib.

İmtahanların nəticələri bir neçə gün ərzində mərhələ-mərhələ açıqlanacaq.

Xatırladaq ki, 7 və 14 aprel tarixlərində keçirilən buraxılış imtahanlarının nəticələri elan olunub.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları