Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-22 12:41:47
“Peşə məktəbləri”nə qəbulun ən sadə və çevik üsulu –Direktorlardan tövsiyələr  

“Peşə təhsil müəssisələrində oxumaq üçün hansı sənədlər lazımdır?”,“Qəbul nə vaxt olacaq?” və s. tipli suallarla tez-tez rastlaşırıq.

AzEdu.az-ın əməkdaşı peşə təhsil müəssisələri ilə əlaqəsaxlayaraq,qəbul şərtlərini öyrənməyə çalışıb:

Sənaye Texnologiyaları üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinindirektoru Şahin Məhərrəmov bu müəssisələrə  qəbulun 2016-cı ilə qədər məktəblər tərəfindən həyata keçirildiyini bildirir:

“Bu müəssisələrə qəbul 2016-cı ilə qədər peşə təhsil müəssisəsi tərəfindən həyata keçirilirdi. Proses son üç ildə “Asan xidmət” tərəfindən yerinə yetirilir. Bunun üçün təhsil haqqında sənəd və şəxsiyyət vəsiqəsi ilə “Asan xidmət”ə müraciət etmək kifayətdir. Bunu universitet və kolleclərdəki kimi onlayn formada da, etmək mümkündür.

Onlardan fərqli olaraq, peşə təhsil müəssisələrində oxumaq istəyənlər  imtahanda deyil,  sadəcə, müsabiqədə iştirak edəcəklər. Bu zaman isə onların attestat balları nəzərə alınacaq.

Qəbul iki mərhələdəaparılır: birincisi, avqustun əvvəlindən 20-nə qədər, ikinci mərhələ isə sentyabrın 1-5-i arası keçiriləcək”. 

Texnika və Texnologiyalar üzrə Peşə Təhsil Mərkəzinin direktor müavini Rəsmiyyə Allahverdiyeva  rəhbərlik etdiyi təhsil müəssisəsində oxuyanlarınuyğun ixtisaslar üzrə “Asan xidmət” tərəfindən yerləşdirildiyini deyir:

 “Peşə təhsil müəssisələrinə qəbul “Asan xidmət” vasitəsilə aparılır. Tədris edilən  ixtisaslarla bağlı “Asan xidmət “ mərkəzlərinə siyahı verilir. Müraciətçilər də təhsilləri ilə bağlı uyğun sənədləri və şəxsiyyət vəsiqələri ilə müraciət edirlər. Prosedur zamanı onlarınattestat balları nəzərə alınaraq,ixtisaslara görə yerləşdirilməsini “Asan xidmət  həyata keçirir. 

Qəbul iki mərhələdə həyata keçirilir. Birinci turda qeydiyyatdan keçə bilməyənlər, sentyabrın əvvəlində yenidən müraciət edə bilərlər”.

Rəna Nəbi