Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-21 17:20:03
“Peşə məktəblərinə” diqqəti artıracaq dövlət jesti – “Kitabların pulsuz paylanması yerinə düşdü”

Milli Məclisin 17.05.2019 tarixində keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Təhsil haqqında" qanuna dəyişiklər edilib.

Bu dəyişiklərə əsasən, dövlət və bələdiyyə ümumi təhsil peşə təhsili müəssisələri də dərsliklərlə pulsuz təmin olunacaq.

Bu, peşə təhsili sistemi üzrə tədris vəsaitlərinin hazırlanmasına diqqəti artırıb, son nəticədə peşə təhsilinin keyfiyyətinin yüksəlməsinə xidmət edəcək.

Bəs bu günə qədər  təhsil alanlar dərs vəsaitlərini necə  əldə edirdilər?

AzEdu.azmövzuyla bağlı peşə təhsil müəssisələri ilə əlaqə saxlayıb:

Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Mərkəzinin direktoru Şahin Məhərrəmov peşə təhsilində aparılan yenidənqurma  işlərindən danışarkən  təhsilalanlarındəsliklərlə pulsuz təmin edilməsini də bu istiqamətdə atılan addımlardan  biri sayır:

“Son dövrlərdədövlət tərəfindən peşə təhsilində maddi-texniki bazanın zənginləşməsi, infrastrukturun yenilənməsi və s. istiqamətdə kifayət qədər addımlar atılıb.

Gəncədə olan 6 peşə təhsili müəssisəsindən 5-i yenilənib, biri isə bu yaxınlarda  təmirdən çıxacaq.  Bizdəki maddi-texniki baza bəzi ali məktəblərdəbelə yoxdur. Hətta Gəncə Dövlət  Universitetinin tələbələribizim məktəbdə təcrübə keçməyə gəlirdilər.Təcrübəylə bağlı onlarla müqaviləniz də var. Təcrübə üçün istifadə etdiyimiz avadanlıqlar, bu gün şəhərimiz yenilənməsi üçün peşəkar  mütəxəssislərin istifadə etdikləri ilə eynidir. 

Peşə təhsil müəssisələrinin dərsliklərlə pulsuz təmin edilməsi çox düzgün və yerindəverilmiş qərardır.Sovet dövründə,  ondan sonra da məktəbin kitabxanasına daxil olan kitabları uşaqlar pulsuz əldə edə bilirdilər. Bu istiqamətdə dövlət tərəfindən addımatılması çox sevindirici haldır”.

Texnika və Texnologiyalar üzrə Peşə Təhsil Mərkəzinin direktor müavini Rəsmiyyə Allahverdiyeva əvvəllər də peşə təhsil müəssisələrində dərsliklərin pulsuz paylandığını deyib. Sadəcə, kurikulum sistemi ilə əlaqədar bu proses bir az ləngiyib:

“İndiyə qədər də peşə təhsil müəssisələrində ümumtəhsil fənlərinə aid kitablar dövlət tərəfindən paylanılırdı. Son iki ildə peşə təhsil müəssisələrinə kurikulum sistemindən şagirdlər gəlir vəbizdə bu proqram üçün dərsliklər yox idi. Peşə təhsil müəssisələrinə kitabların paylanılması əvvəldən də planda var idi. Onu da qeyd edim ki, burada tədris olunan ümumi  fənlərin proqramı  orta məktəb proqramı ilə eynidir.

İxtisas fənlərində isə vəsaitlər modullar üzrə hazırlanır. Hansı fənnin modulu varsa vəsaiti ilə təmin olunur”.

7 saylı peşə liseyinin baş ustası Şamama Süleymanova əvvəllər mövzuları qısa konspekt şəklində yazdırdıqlarını, dərsləri də bu konspektlərlə keçdiklərini deyir:

“Uşaqlar kitab axtarıb tapmağa o qədər də həvəsli olmadıqları üçün əvvəllər qısa konspektlər yazdırırdıq. Onlar da dərsi həmin konspektlərdən öyrənirdilər. Bu gün peşə təhsil müəssisələrinin  dərs vəsaitləri ilə pulsuz təmin edilməsi isə çox sevindirici haldır. Artıq bundan sonra müəllimlər dərs zamanı həmin kitablardan istifadə edə biləcəklər”.

Rəna Nəbi