Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-21 14:50:12
MİQ-lə bağlı sınaqda iştirak edənlərin təəssüratı: “Bir neçə sual yanlış və çaşdırıcı idi”  

Müəllimlərin işə qəbulu ilə bağlı ilk sınaq imtahanı keçirilib.

MİQ müsabiqəsi ilə bağlı keçirilən sınaq imtahanı  ixtisas sualları əsasında təşkil olunub.

 AzEdu.az sınaq iştirakçılarının imtahandan sonrakı təəssüratlarını təqdim edir:

İştirakçı Xuraman Babayeva bildirib ki, MİQ müsabiqəsi ilə bağlı keçirilən sınaq imtahanında çaşdırıcı suallar salınmışdı:

“Müəllimlərin işə qəbulu ilə bağlı keçirilən sınaq imtahanı gözəl təşkil olunmuşdu. Onu da qeyd edim ki, keçirilən sınaq imtahanında bəzi texniki səhvlər mövcud idi. Sınaq imtahanı ilk dəfə təşkil olunduğu üçün texniki səhvlər dəbaşadüşüləndir. Amma ümid edirəm ki, növbəti sınaq imtahanlarında texniki səhvlər mövcud olmayacaq. Onu da bildirim ki, sınaq imtahanında  1-2 sual  yanlış idi. Yəni, bir sual iki variantda qeyd olunmuşdu.İmtahanda salınan suallar asan, orta,çətin səviyyədə təşkil edilmişdi. Həmçinin, imtahanda  "ikibaşlı "  çaşdırıcı suallar da  salınmışdı. İxtisas suallarını cavabladıqdan sonra dərhal nəticəmiz bilindi. Onu da əlavə edim ki, müəllimlərin işə qəbulu ilə bağlı keçirilən sınaq imtahanında maksimum bal 40 idi. Mən 32 bal topladım.

MİQ sınaq imtahanının  çatışmayan cəhəti kurikulum və məntiqə aid sualların salınmaması idi. Halbukikurikulum və məntiq  MİQ müsabiqəsinin əsasını təşkil edir.  Sınaq imtahanlarında kurikulum və məntiq fənləri də əlavə olunsa çox yaxşı olardı.  Ümid edirəm ki, iyun ayında keçirilən növbəti sınaq imtahanında kurikulum və məntiq fənləri də əlavə olunar.

MİQ müsabiqəsinə hazırlaşan bütün müəllim namizədlərinə uğurlar arzulayıram”.

Digər iştirakçı Aytən Əliyevanın sözlərinə görə, Azərbaycan dilindənfənlə əlaqəli olmayan suallar da salınmışdı:

“Müəllimləri işə qəbulu ilə bağlı keçirilən sınaq imtahanı normal səviyyədə təşkil olunmuşdu .Onu da bildirim ki, sınaq imtahanında salınan suallar nə çətin nə də asan idi. Sınaq imtahanından 21 bal topladım. Əlavə olaraq bildirim ki, sınaq imtahanında Azərbaycan dilindənfənlə əlaqəli olmayan suallar da salınmışdı. Şifahi suallar isə üstünlük təşkil edirdi. Ümid edirəm ki, iyun ayında keçirilən növbəti sınaq imtahanında məntiq və kurikulum fənnindən də suallar salınar”.

Digər iştirakçı Elnarə Qasımova bildirib ki,bundan əvvəl müxtəlif özəl kursların keçirdiyi sınaq imtahanında da iştirak edib və onlarla müqayisədə budəfəki imtahan sualları o qədər də çətinlik yaratmayıb: 

“Sınaq imtahanı çox yaxşı səviyyədə təşkil olunmuşdu. Amma bəzi suallarda səhvlər var idi. Düşünürəm ki, MİQ müsabiqəsi ilə bağlı keçirilən sınaq imtahanları müəllim namizədləri üçün böyük töhfədir”.

Qeyd edək ki, müəllimlərin işə qəbulu ilə bağlı 18-30 may tarixlərində keçiriləcək sınaq imtahanına qeydiyyat başa çatıb. İyun ayında isə növbəti sınaq imtahanları keçiriləcək.

Günel Yaşarqızı
Müəllifin digər yazıları