Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-21 14:13:00
Bu rayonlar üzrə keçirilən buraxılış imtahanında maksimum nəticə göstərən olmayıb 

14 apreldə keçirilən buraxılış imtahanlarında maksimum bal (300) toplayan olmayıb. 

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər.

Sumqayıt, Abşeron, Gəncə, Göygöl, Samux, Naftalan, Goranboy, Daşkəsən, Şəki, Oğuz, Qəbələ, Lənkəran, Astara, Biləsuvar, Ağsu, Zərdab, Şamaxı, Kürdəmir, Ağdam, Yevlax, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Xaçmaz, Şabran rayonları üzrə heç bir şagird maksimum nəticə göstərə bilməyib.

Xatırladaq ki, 7 apreldə Bakı, Naxçıvan MR və Şirvan üzrə keçirilən buraxılış imtahanlarında 2 nəfər 300 bal toplamışdı.

21 və 28 aprel tarixlərində keçirilmiş imtahanların nəticələri də yaxın günlərdə mərhələ-mərhələ elan olunacaq.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları