Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-21 09:35:01
Abituriyentlər imtahanda topladıqları balı xüsusi proqram vasitəsilə hesablayacaqlar  

Abituriyentlər qəbul imtahanlarında topladıqları balı xüsusi proqram vasitəsilə hesablaya biləcəklər.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a məlumat verilib.

Proqram abituriyentin nəticələrini balların hesablanma qaydasına tam uyğun hesablayır.

Topladığınız balı hesablamaq üçün aşağıda qeyd olunan linkə daxil ola bilərsiniz:

http://otk.az/?menu=ballarin_hesablanmasi&fbclid=IwAR244Fc_8FgRHwf-RpL3HHqyXs8lZoLdA_kuLYp3FMf2mcblAY13AKsZCJ4

Qeyd edək ki, abituriyentlər sosial şəbəkələrdə bir müddətdir, balların hesablanma qaydasının çətinliyindən narazılıq edirdilər.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları