Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-20 20:42:00
Təhsil Şöbəsinin sabiq müdrinin cinayət işi məhkəməyə göndərildi

Mənimsədə təqsirləndirilən Balakən rayon Təhsil Şöbəsinin keçmiş rəhbəri Mahir Dibirov və digərlərinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

AzEdu.az ONA-ya istinadən xəbər verir ki, cinayət işi materialları araşdırılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Rəşad Əliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası iyunun 4-nə təyin edilib.

 

Qeyd edək ki, iş üzrə M. Dibirovdan başqa 12 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilib. Onlar təhsil şöbəsinə məxsus əmlakı mənimsəməkdə təqsirləndirilirlər.