Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-20 14:15:00
DİM-in rəhbər şəxsləri rayonlarda vətəndaşları qəbul edib

Mayın 20-də DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Lənkəran, sədr müavini N.Babayev isə Masallı rayonunda vətəndaşları qəbul edib.

Mərkəzdən AzEdu.az - a verilən məlumata görə, Lənkəran rayonunda keçirilən qəbulda Lənkəran, Astara və Lerik rayonlarının, Masallı rayonunda keçirilən qəbulda isə Masallı, Cəlilabad, Yardımlı və Biləsuvar rayonlarının sakinləri iştirak ediblər.

DİM Direktorlar Şurasının sədri görüşdən əvvəl ümummilli lider Heydər Əliyevin Lənkəran rayon mərkəzində, sədr müavini isə Masallı rayon mərkəzində ucaldılmış abidasini ziyarət edib, abidə önünə gül dəstələri düzmüşlər.

Görüşdə əsasən buraxılış imtahanlarının nəticələri, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul, dövlət qulluğuna qəbul, vakant dövlət qulluğu vəzifələri,magistraturaya qəbul, əvvəlki illərin məzunlarının qəbulu və digər məsələlərlə əlaqədar rəhbər şəxslərə müraciətlər edilib.

Vətəndaşlara müraciətləri ilə bağlı ətraflı izahat verilib, DİM-in səlahiyyətlərinə aid olan bir çox məsələlər yerindəcə həll edilib. Digər müraciətlərin araşdırılması və baxılması üçün qeydiyyatı aparılıb.

Qeydiyyatdan keçənlərlə yanaşı görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da M.Abbaszadə və N.Babayev tərəfindən dinlənilib və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülüb.

Görüşdə həmçinin qeyd olunan rayonların pedaqoji istimaiyyətinin nümayəndəri də iştirak etmişlər. Pedaqoji ictimaiyyətin nümayəndələri ilə qarşılıqlı fikir mübadiləsi aparılmış, imtahanların məzmunu ilə bağlı onların təklifləri dinlənilmişdir.