XƏBƏRLƏR

20.05.2019 10:59
4 imtahan nəzarətçisinin işinə xitam verildi -SƏBƏB  

Ötən qəbul imtahanında nəzərdə tutulan qaydalardan kənara çıxdığına görə 4 nəzarətçi cari nəzarətçilər bazasından çıxarılıb.

AzEdu.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin “Təşkilati metodiki təminat və təlimlər” sektorunun müdiri Adıgözəl Həbibov abituriyentlər üçün təşkil edilən canlı yayım zamanı deyib.

O bildirib ki, 12 mayda I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanları zamanı nəzərdə tutulan qaydaları pozduğuna görə 4 nəzarətçi bazadan çıxarılıb.

Xatırladaq ki, I və IV qruplar üzrə keçirilən qəbul imtahanlarının nəticələri bu həftə açıqlanacaq.

Nəzrin Rüstəmova Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu