Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-20 10:32:00
Təhsil İdarəsinin əməkdaşı itkin düşüb - FOTO

Gəncə Şəhər Təhsil İdarəsində məsləhətçi işləyən Ceyhun Qabil oğlu Bağırov mayın 17-dən itkin düşüb.

AzEdu.az ONA-ya istinadən xəbər verir ki, bu barədə gəncin atası “Facebook” səhifəsində yazıb. O, naməlum səbəbdən itən oğlundan 2 gündür xəbər ala bilmədiklərini və polisə müraciət etdiyini qeyd edib.

Gəncə Şəhər Polis İdarəsindən ONA-ya faktı təsdiqləyiblər.