Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-19 14:10:00
Qəbul imtahanları başa çatdı

Bu gün  ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanları başa çatıb.

DİM-dən AzEdu.az-a verilən məlumata görə, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 66 binada aparılır. İmtahanların idarə olunmasına 257 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2845 nəzarətçi-müəllim cəlb olunub.

Bakı şəhərində 15158, Naxçıvanda 1799, Gəncədə 3750, Sumqayıtda 1709, Mingəçevirdə 1553, Şəkidə 1880, Bərdədə 2041, Göyçayda 1445, Şirvanda 2224, Lənkəranda 2387, Xaçmazda isə 1476 abituriyentin imtahan verəcəyi gözlənilir.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayıb və 3 saat davam edib.

Saat 16.00-da DİM-in “Youtube” kanalı və “Facebook” səhifəsi vasitəsi ilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək.