Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-19 14:29:00
Yumor hissinə malik süni intellekt - Yeni tədqiqat işi

Yumor hissinə malik süni intellektin yaradılması ilə  Stenford Universiteti bazasında iş aparan Hi Hi adlı proqramçı məşğul olur.

AzEdu.az xəbər verir ki, alim qarşıya qoyulan məqsədlərə nail olmaq üçün özündə çoxsaylı yumor nəzəriyyəsini birləşdirən mürəkkəb alqoritmdən istifadə etmək niyyətindədir. Robota improvizasiya və sarkazmı öyrətmək qarşıya qoyulan əsas vəzifələrdəndir.

Hi Hi və digər Çin proqramçıları gülüş məqsədilə kompüterə bir neçə omonim yüklədikdən sonra bu elmi işə başlamaq qərarına gəliblər. Kompüterə gülməli təklifləri ümumiləşdirərək onların mənalarını dəyişmək təklif olunub. Neyroşəbəkə hər dəfə cümləyə iki yeni söz əlavə edib.

Əvvəlcə uğursuz hesab edilən təcrübə sonradan alimlərin ciddi tədqiqata başlamasına zəmin yaradıb.(Azərbaycan müəllimi)