Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-18 17:46:00
Peşə təhsili müəssisələrində cari vəziyyət və prioritetlər müzakirə olunub  

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Peşə təhsili müəssisələrində cari vəziyyət, problemlər, qarşıdakı prioritetlər” mövzusunda tədbir keçirilib.

Peşə Təhsil Mərkəzindən  bildirilib ki, tədbirdə peşə təhsili müəssisələrində işəgötürənlərlə əməkdaşlığın qurulması, büdcədənkənar vəsaitlərin cəlb olunması, peşə təhsili müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması və müasir tələblər səviyyəsində qurulması mövzusunda çıxışlar dinlənilib.

Tədbirin sonunda Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov çıxış edərək müvafiq sahədə görülmüş işlər, mövcud problemlər və qarşıda duran prioritetlər haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. (Azərtac)