Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-18 16:45:00
“İmtahanlardan bu qədər şəxs 700 bal toplayacaq” –Abituriyentlərlə işləyən mütəxəssis

Mayın 12-də I və IV ixtisas qrupları üzrə qəbul imtahanının nəticələri 17 may tarixində elan olunub. Nəticəyə əsasən, cəmi  iki nəfər maksimum nəticəni - 300 balı toplayıb.

Keçən illərə nisbətən hələlik yalnız iki nəfərin maksimum bal toplaması bəzi bəziləri  tərəfindən mənfi qiymətləndirilir.

AzEdu.az məsələ ilə bağlı təhsil eksperti, Bakı Mühəndislik Universitetinin əməkdaşı  Adil Vəliyevin fikirlərini öyrənib.

O, açıqlamasında  builki imtahanlarda azı iki nəfərdən 700 bal gözlədiyini deyib:

“Bizdə imtahan sistemi dəyişib. Proqrama gəlincə isə hər şey olduğu kimi qalıb. Abituriyentlər eyni fənləri, eyni mövzuları oxuyurlar. Sadəcə, format dəyişib.  Bəzi təhsil ekspertləri bu il heç kimsədən 700 bal gözləmədiklərini deyillər. Bu da şagirdlərə psixoloji təsir göstərir. Yaxşı nəticə göstərmək üçün isə qətiyyən həyəcanlanmaq lazım deyil.

Ümumi nəticə məni qane edir. Çünki bu il fərqli sistemdə imtahan həyata keçirildi: həm buraxılış, həm də qəbul imtahanı bir arada... İlk il üçün yaxşıdır. Amma növbəti illərdə bu üsulun daha effektiv nəticə verəcəyinə inanıram.

I,II,IV ixtisas qrupları əzbər tələb etmir. Amma III qrupda əzbərçilik daha üstündü. Ona görə də uşaqların çoxunun 700 bal yığma ehtimalı bir qədər azdır”.

Qeyd edək ki, sabah yəni,  may ayının 19-da 2 və 3-cü ixtisas qrupları üzrə qəbul imtahanı həyata keçiriləcək.

Şükufə Süleymanlı