Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-17 19:25:00
Qəbul imtahanının I mərhələsində maksimum nəticə göstərən Rəşad: "Məqsədim 700 bal toplamaqdır"

"İmtahandan çıxanda maksimum bal toplayacağımı düşünmürdüm. Çünki binadan xoş hisslərlə ayrılmamışdım. Müəllimlərimlə müzakirə edəndə isə sualların çoxuna düzgün cavab yazdığımı anladım"

Bu sözləri Azedu.az-a açıqlaması zamanı 7 apreldə keçirilən buraxılış imtahanlarında maksimum nəticə göstərən 2 nəfərdən biri, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin şagirdi Rəşad Alpaşayev deyib.

O, 12 mayda keçirilən qəbul imtahanlarında IV ixtisas qrupu üzrə iştirak edib:

"İmtahandan çıxanda maksimum bal toplayacağımı düşünmürdüm. Çünki binadan xoş hisslərlə ayrılmamışdım. Müəllimlərimlə müzakirə edəndə isə sualların çoxuna düzgün cavab yazdığımı anladım. Yaxşı hazırlaşan hər kəs  bu imtahanı rahatlıqla verə bilərdi.

12 mayda keçirilən qəbul imtahanlarında 390 bal toplayacağımı düşünürəm. Yay qəbul imtahanlarında iştirak edib 700 bal toplamaq fikrindəyəm. Məqsədim gələcəkdə neyrocərrah olmaqdır. Abituriyentlərə dərslərə çox vaxt ayırmalarını tövsiyə edərdim"

Qeyd edək ki, 11-ci sinif şagirdləri üçün 7 apreldə keçirilən buraxılış imtahanının (qəbul imtahanının birinci mərhələsinin) nəticələri elan olunub. Bu, Bakı, Naxçıvan və Şirvan şəhəri üzrə imtahan verən şagirdlərin nəticələridir.

14, 21 və 28 aprel tarixlərində keçirilmiş imtahanların nəticələri də yaxın günlərdə mərhələ-mərhələ elan olunacaq.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları