Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-20 16:40:53
Xaricdə 13-14 yaşlı uşaqlar milyonlar qazanır, biz isə bu işə gec başlayırıq” – Amerikanın məşhur şirkətində çalışan həmyerlimiz-ANONS

“Azərbaycanda İKT sahəsinin inkişafı üçün tədris planlarına proqramlaşdırma dili əlavə olunmalı və informatika fənni daha ciddi şəkildə öyrədilməlidir. İT təhsilin önəmli parçasına çevrilməlidir”.

Bunu AzEDU.az-a müsahibəsi zamanı hazırda Türkiyədə yaşayan və dünyanın ən güclü şirkətlərinin birində  proqramçı kimi çalışan həmyerlimiz  İntiqam Sədiyev deyib.

İntiqam Sədiyev orta təhsilini 1995-1999-cu illərdə Şəki şəhər 12 saylı orta məktəbdə, sonra isə Şəki Türk liseyində alıb. Liseydən məzun olduqdan sonra isə Türkiyənin Boğaziçi Universitetində Kompüter Mühəndisliyi ixtisasına qəbul olunub və elə həmin universitetdə Mühəndislik və Texnologiya idarəetməsi (Engineering and technology management) ixtisasının magistr dərəcəsi üzrə təhsilini davam etdirib. O, hazırda Optiva şirkətində  “Java Architect” proqramının rəhbəri  vəzifəsini icra edir.

İ.Sədiyev müsahibəsində qeyd edib ki, bu sahədə mütəxəssis olmaq istəyənlər təməl bilgilərə elə kiçik yaşlardan yiyələnməlidir.

“Məncə, proqramlaşdırmanın ən sadə qaydalarını universitetdə öyrənmək, artıq gecdir. İnsanlar orta məktəblərdən ali məktəblərə artıq müəyyən biliklərlə getməlidirlər. İndi dünyada belə nümunələr var ki, 13-14 yaşında uşaqlar  öz mobil tətbiqini yazır və milyonlarla istifadəçi qazanırlar”.

Müsahibənin tam mətni ilə tezliklə AzEdu.az-da tanış ola bilərsiniz.