Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-17 15:23:42
Sabah müəllimlərin işə qəbulu ilə bağlı sınaq imtahanı keçiriləcək  

Müəllimlərin işə qəbulu ilə bağlı sınaq imtahanlarına start verilir.

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, sınaq imtahanları mayın 18-30-da Azərbaycan Dövlət İqtisad Universitetinin II (Gənclik korpusu) tədris binasında keçiriləcək.

Sınaq imtahanlarında 7000-dən çox şəxsin iştirakı gözlənilir.

İmtahan qrafiki ilə bağlı iştirakçıların şəxsi səhifələrinə məlumat göndərilib.

İştirakçılar sınaq imtahanına gələrkən şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməlidir.