Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-17 13:03:59
Gənclərimizin böyük arzusu – Avropada  qiyabi və distant  təhsil nə zaman işə yaracayaq?  

“Gənclər bir çox Avropa ölkələrində 1 il qiyabi magistr dərəcəsində təhsil ala bilərlər”.

Bu sözləri AzEdu.az-a xaricdə təhsil üzrə mütəxəssis Həsən Əliyev deyib. O, tələbələrə ən güclü qiyabi təhsil verən ölkələri də vurğulayıb:

“İngiltərə və Hollandiya universitetlərində qiyabi təhsil daha keyfiyyətlidir. Qiyabi magistratura təhsili almaq üçün əsas şərtlərdən biri də yüksək nəticəli dil sertifikatıdır. İngiltərə universitetlərində qiyabi magistr dərəcəsində oxumaq üçün illik təhsil haqqı 10.000-15000 funt –sterlinq arasında dəyişir. Amma onu da bildirim ki, qiyabi təhsil alan tələbələrin diplomu Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən tanınmır.

Avropa ölkələrində qiyabi təhsil əsasən MBA ixtisası üzrədir. Qiyabi təhsil alanlar isə ildə2 dəfə xarici ölkəyə gedə bilərlər.

Onu da bildirim ki, bəzi dərslər onlayn “skype” vasitəsilə keçirilir. Həmçinin, universitetin şəxsi portalında  tələbələr PDF kitabdan da yararlana bilərlər.  Dünyada bütün universitetlər onlayn təhsil sisteminə keçirilir. Məhz ona görə də, Azərbaycanda da qiyabi təhsil alanların diplomu tanınsa yaxşı olar. Onu da bildirim ki, 2050-ci ildən  sonra dünya universitetlərində əyani təhsil yox səviyyəsində olacaq”.

Xaricdə təhsil üzrə ekspert Ayan Əliyeva isə bildirib ki, Avropa ölkələrində isə 1 illik qiyabi təhsil yoxdur:

“Dünya ölkələrində 1il qiyabi magistratura təhsili çox az olur. Ümumiyyətlə, Avropa ölkələrində magistratura təhsili  2 ildir. Qiyabi təhsil onlayn keçirildiyindən tədris müddətini necə bitirilməsi tələbələrdən asılıdır. Yəni onlayn proqramla 2illik magistratura təhsilini  1il oxumaq olar”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları