Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-17 11:44:47
Qəbul göstəricilərinə  görə fərqlənən ən yaxşı Bakı məktəbləri – Rəsmi rəqəmlər  

2017-ci ildə Bakı məzunlarının 2203 nəfəri 500-dən, 757 nəfəri 600-dən yuxarı bal toplayıb.  Abituriyentlərin ən çoxu Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul olunub.

AzEdu.az xəbər verir ki, bu göstəricilər Dövlət İmtahan Mərkəzinin 2017-2018-ci il üzrə tələbə qəbulu və buraxılış imtahanlarının elmi-statistik təhlilinin yer aldığı “Abituriyent” jurnalının 12-ci nömrəsində qeyd olunub.

Abituriyentlərin göstəriciləri bal intervalları üzrə bu cür paylanıb:

0-99 intervalında 19.61% (3183 nəfər);

100-199 intervalında 20.64% (3351 nəfər);

200-299 intervalında  18.03% (2927 nəfər);

300-499 intervalında 28.15% (4570 nəfər);

500-dən yuxarı 13.57% (2203 nəfər).

Beləliklə, şəhər abituriyentlərinin yalnız 41.72%-i 300-dən yuxarı bal toplayıb. Şəhərin attestat qiymətləri əla olan abituriyentlərindən 1.81%-i 200 baldan aşağı nəticə göstərib.

500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə cəmi 60.91%-dir.

Binə qəsəbə 136 saylı tam orta məktəbin nəzdində qiyabi qrupların abituriyentlərinin I-IV qruplar üzrə topladığı orta bal 100-dən aşağıdır. 

Respublika üzrə yaxşı məktəblərin sırasına 2017-ci ildə şəhərin 62, 72, 220 və 261 saylı məktəb-liseyləri, 291 saylı “Ekologiya” liseyi, 287 saylı “Zəkalar” liseyi, 160 saylı klassik gimnaziya,Texniki humanitar lisey, 54, 129, 145 və 283 saylı tam orta məktəbləri daxil olub.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları