Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-17 10:28:12
Təhsil Nazirliyi ilə AzEdu.az -ın birgə layihəsi - “Bizim müəllim” - FOTO  

Təhsil Nazirliyi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin media təqdimatını davam etdirir.

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, “Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Oğuz rayonu Yaqublu kənd tam orta məktəbin tarix müəllimi Şəbnəm Məmmədliyə həsr olunur.

Şəbnəm Məmmədli 2017-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə 57 bal toplayıb. Tarix fənnini tədris edən Şəbnəm Məmmədli müəllimin şagirdlərə qarşı tələbkar, eyni zamanda qayğıkeş olmasının vacibliyini qeyd edir.