Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-17 10:07:42
Tarixə səyahət edib, sirli sənətə toxunanlar – Şagirdlərin muzey sevinci -VİDEO

18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə “Muzeylər və Nəsimi irsi” proqramı üzrə “Məktəblilər üçün muzey həftəsi”nə start verilib.Proqram Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə keçirilir.

Beşinci ildir, həyata keçirilən layihə çərçivəsində mayın 12-dən 18-dək “Nəsimi ili” ilə əlaqədar muzeylərə ekskursiyalar təşkil olunacaq.Hər il fərqli mövzulara həsr olunan layihədə muzeyləri bu günədək 70 minə yaxın məktəbli ziyarət edib.

Proqram ümumilikdə Bakı şəhəri üzrə 270-ə yaxın ümumtəhsil məktəbi, gimnaziya və liseyi əhatə edir. Ekskursiyalarda hər məktəbdən 30 nəfərlik qruplar olmaqla bütün şagirdlər iştirak edə bilərlər. Ümumilikdə 28 muzeydə  təşkil olunacaq ekskursiyalarda iştirak üçün qrup sayı haqqında Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinə əvvəlcədən məlumat verilməlidir.

2019-cu ildə “Məktəblilər üçün muzey həftəsi”Proqramında 10 min şagirdin iştirakı gözlənilir.