Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-16 16:26:06
Firudin Qurbanov məktəblərdə xoşagəlməz hadisələrin baş vermə səbəblərini AÇIQLADI

“Son dövrlərdə aparılan təhlillər zamanı bəzi təhsil müəssisələri tərəfindən sağlam mənəvi-psixoloji, təhlükəsiz mühitin formalaşması və sabit saxlanması istiqamətində zəruri tədbirlərin tam həyata keçirilmədiyi aşkarlanıb”.

AzEdu.az xəbər verir  görə, bunu Təhsil nazirinin müavini Firudin Qurbanov Xəzər rayonunun təhsil işçiləri ilə görüş zamanı deyib.

Nazir müavini bildirib ki, ailələrlə, risk qrupuna daxil olan təhsilalanlarla səmərəli iş sisteminin yaradılması, psixoloji xidmətin müasir tələblərə uyğun qurulması sahəsində kifayət qədər sistemli iş aparılmayıb və nəticədə bəzi xoşagəlməz hadisələr baş verib.

F. Qurbanovun sözlərinə görə, bununla bağlı müvafiq tədbirlərin həyata keçirilməsi təhsil müəssisələrinin qarşısında duran əsas vəzifədir.