Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-16 15:10:00
Müəllimlər üçün növbəti MİQ sınaq imtahanı bu tarixdə keçiriləcək  

Müəllimlərin işə qəbulu ilə bağlı 18-30 may tarixlərində keçiriləcək sınaq imtahanına qeydiyyat başa çatıb.

AzEdu.az xəbər verir ki, iyun ayında növbəti sınaq imtahanları keçiriləcək.

Sınaq imtahanında iştirak etmək istəyənlər miq.edu.az/sinaq linki vasitəsilə qeydiyyatdan keçə bilərlər. Qeydiyyat tarixi ilə bağlı tezliklə məlumat veriləcək. Nəzərinizə çatdırırıq ki, qeydiyyat üçün yerlər məhdud saydadır.

Qeyd edək ki,  mayın 16-dan etibarən, müəllimlərin işə qəbulu müsabiqəsi üçün sınaq imtahanının keçirilməsi nəzərdə tutulub. Müəllimlərin işə qəbulu ilə bağlı sınaq imtahanları 18-30 may tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetinin 2 saylı tədris binasında (Ünvan: Həsən Əliyev küçəsi 135/Gənclik metro stansiyasının yaxınlığı) keçiriləcək.

Günel Yaşarqızı
Müəllifin digər yazıları