Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-16 14:18:00
İcra başçısı bürünc medal qazanan şagirdləri təltif etdi - VİDEO

Mayın 15-də Nizami Rayon İcra Hakimiyyətində 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

AzEdu.az-ın məlumatına görə, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov sosial-iqtisadi sahələr,  həmçinin, təhsil, səhiyyə və mədəniyyət ocaqları üzrə görülən işlər barədə ətraflı məlumat verib.

Yığıncaqda çıxış edən 62 nömrəli məktəb-liseyin direktoru Mətanət Cabbarlı hesabat dövründə məktəbin qazandığı nailiyyətlərdən danışıb.

Qeyd edək ki, 62 №-li məktəb-liseyin VIII sinif şagirdi Eyvazlı Yusif və X sinif şagirdi Dəmirçiyev Nicat Qazaxıstanın Alma-Ata şəhərində keçirilmiş “İNFOMATRİX-ASİA” XVII Beynəlxalq Proqramlaşdırma Layihələri yarışmasında bürünc medala layiq görülüblər.

Bu nailiyyətlərinə görə şagirdlər və onların elmi rəhbəri Aysel Bayramova Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tərəfindən təşəkkürnamə ilə təltif edilib və onlara hədiyyələr təqdim olunub.