Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-16 13:15:18
Buraxılış imtahanından maksimum bal toplayan oğuzlu qız: “Heç nə çətin deyildi”  

“Buraxlış imtahanları bu il yeni qaydalara əsasən keçirilsə də, deyildiyi  qədər də çətin gəlmədi”.

Bu sözləri AzEdu.az-aaçıqlamasında IX sinif buraxılış imtahanlarının I mərhələsində maksimum nəticə göstərərək 90 bal toplayan Cahan Ənsərli deyib. Cahan Oğuz şəhər 3 saylı məktəb-liseyin IX sinif şagirdidir.

Cahan VIII sinifdə təhsil alanda Respublika fənn olimpiadalarında Tarix fənnindən IX sinif proqramı üzrə qızıl medal qazanıb.

“Fənlərin dostluğu”olimpiadasında isə III yerə layiq görülüb.

O, buraxılış imtahanlarındakı sualların çətinlik səviyyəsinin normal olduğunu bildirib:

“Yeni qaydalara əsasən İngilis dilindən dinləmə mətnləri əlavə olunmuşdu. Riyaziyyatdan açıq tipli suallar olsa da, cavabları ətraflı şəkildə yazmaq lazım idi.

Buraxılış imtahanlarına xüsusi hazırlaşmışam. İmtahan deyildiyi qədər çətin deyildi. Gələcəkdə III ixtisas qrupu üzrə imtahan verib hüquqşünas olmağı düşünürəm. Abituriyentlərə imtahana  yaxşıhazırlaşmalarını, qarşılarına məqsəd qoymalarını tövsiyə edərdim. Xarici dildən listeningi(dinləməni) inkişaf etdirmək üçün ingilis dilində mahnılara qulaq asa bilərlər”.

Xatırladaq ki, IX sinif üzrə buraxılış imtahanlarının birinci mərhələsində respublika üzrə 2 nəfər – Sumqayıt və Oğuz məktəbliləri maksimum nəticə göstəriblər.

İmtahanların ikinci mərhələsi iyunda keçiriləcək.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları