Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-15 17:56:03
“Ali məktəblərimiz dünyanın ən güclülərindən  olmaq üçün bunları etməlidirlər” –Prorektordan təkliflər  

“Universitetlərimizdəki ingilis dilli tədris proqramlarında ikili diplomların sayı artırılmalıdır”

Bu sözləri AzEdu.az-a Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru, fəlsəfə doktoru Elçin Süleymanov deyib.

O, universitetlərimizdə fəaliyyət göstərən beynəlxalq əlaqələr şöbəsinin  görməli olduğu əsas işlərdən də danışıb:

“Beynəlxalq əlaqələr üzrə prorektorluq universitetlərin beynəlxalq imici və  nüfuzunun artması istiqamətində fəaliyyət göstərməlidir. Həmçinin, beynəlxalq əlaqələr üzrə prorektorluğun missiyası akademik və administrativ mobillik imkanlarını araşdırmalıdır. Eyni zamanda universitet əməkdaşlarının daimi inkişafı yollarını öyrənib, yaymaqdır. Beynəlxalq əlaqələr üzrə prorektorluq universitetlərin beynəlxalq proqram, layihələrdə rəhbər və tərəfdaş qismində iştirakını təmin etməlidir.

Onu da bildirim ki, beynəlxalq əlaqələr üzrə prorektorluq dünyəvi standartlara uyğun kadr hazırlamalıdır. Ali məktəblərdə fəaliyyət göstərən beynəlxalq əlaqələr üzrə prorektorluq  tədris-metodiki vəsaitin təminatı və elmi tədqiqat işləri sahəsində beynəlxalq arenada universitetin tanınmasına nail olmalıdır. Bu  prorektorluğun tərkibində bir çox universitetdə xarici əlaqələr və layihələrin idarə olunması şöbələri də mövcuddur. Şöbə layihələrin idarə olunması, beynəlxalq əməkdaşlıq, əcnəbi tələbə qəbulu və miqrasiya məsələləri ilə məşğul olur”.

Elçin Süleymanov bildirib ki, əcnəbi tələbələrin təhsil xərclərinin optimallaşması üçün yataqxanalar açılmalıdır:

“Azərbaycan universitetlərinin də beynəlxalq əlaqələr üzrə fəaliyyəti  ilə diqqət çəkir. Bunlara ADA Universiteti, Bakı Dövlət Universitet, UNEC, Azərbaycan Neft və Sənaye Universiteti , Xəzər Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Dillər Universiteti,  Odlar Yurdu Universiteti və s. kimi ali təhsil müəssisələri daxildir.

 Düşünürəm ki, əcnəbi tələbələrin ölkəmizdəkitəhsilə cəlbinin coğrafiyası və sayı azdır. Məhz buna görə də universitetlərdə ingilis dilli tədris proqramlarında ikili diplomların sayı artırılmalıdır.

Ali məktəblərimiz dünyanın məşhur reytinqlərində ilk 1000 universitet olması üçün strategiyalarını qurmalı və bu istiqamətdə işlər görməlidir.Eyni zamanda universitetlərimiz əcnəbilərin təhsil xərclərinin optimallaşması üçün yataqxanalar açmalıdırlar.

Həmçinin, universitetlərimizin “web” səhifələrində ən azıingilis və Azərbaycan olmaqla iki dilli “interface” olmalıdır. “Web” səhifələrində  tədris proqramları və müəllim heyətinin bütün fəaliyyəti  də əks olunmalıdır”.

 

Günel Yaşarqızı
Müəllifin digər yazıları