Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-15 17:21:00
Şagirdlərin muzeylərə ekskursiyası davam edir – Böyük sevincin  videosu  

18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə “Muzeylər və Nəsimi irsi” proqramı üzrə “Məktəblilər üçün muzey həftəsi” çərçivəsində şagirdlərin muzeylərə ekskursiyası davam edir.

“Muzeylər və Nəsimi irsi” proqramı Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə keçirilir.

Proqram ümumilikdə Bakı şəhəri üzrə 270-ə yaxın ümumtəhsil məktəbi, gimnaziya və liseyi əhatə edir. Ekskursiyalarda hər məktəbdən 30 nəfərlik qruplar olmaqla bütün şagirdlər iştirak edə bilərlər.

“Muzeylər və Nəsimi irsi” proqramı üzrə Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Xalça Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, “İçərişəhər” Dövlət Tarix - Memarlıq Qoruğu, Şirvanşahlar Sarayı Kompleksi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Müasir İncəsənət Muzeyi, AMEA-nın Təbiət Tarixi Muzeyi, Miniatür Kitab Muzeyi, “Qala” Dövlət Arxeoloji - Etnoqrafiya Qoruğu, “Atəşgah Məbədi” Dövlət Tarix - Memarlıq Qoruğu, Qobustan Dövlət Tarix - Bədii Qoruğu, Milli Təhsil muzeyi, Azərbaycan İstiqlal Muzeyi, YARAT Müasir İncəsənət Mərkəzi, YAY Gallery, Tusi-Bohm Planetarim və Tahir Salahov, Abdulla Şaiq, Məmməd Səid Ordubadi, Bülbül, Cəlil Məmmədquluzadə, Səməd Vurğun, Üzeyir Hacıbəyov, Nəriman Nərimanov, Qara Qarayev və Niyazinin ev muzeylərinə ödənişsiz ekskursiya etmək mümkündür.

Qeyd edək ki, proqramın əhatə etdiyi Bakı məktəbləri seçilərkən onların muzeylərə yaxın məsafədə yerləşməsi nəzərə alınıb.

“Məktəblilər üçün muzey həftəsi” mayın 18-dək davam edəcək.