Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-15 15:31:00
Tacikistanda 2019-2020-ci tədris ili üzrə təqaüd proqramı

Tacikistanın Təhsil və Elm Nazirliyi 2019-2020-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edib.

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, Bakalavriat, magistratura və doktorantura pillələri üzrə elan edilən təqaüd proqramının tədris dili rus dilidir.

Təqaüd proqramına iddiaçılar mayın 26-dək Azərbaycan Respublikası Təhsil Nazirliyinin elektron ərizə sisteminə (https://www.app.htp.edu.az) müraciət etməlidirlər.

Elektron qeydiyyatı düzgün şəkildə tamamlamış,  elanın ümumi tələblərinə cavab verən namizədlər fərdi şəkildə keçiriləcək müsahibəyə dəvət olunacaqlar.

Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı yekun qərarın 2019-cu ilin avqust ayında veriləcəyi gözlənilir.

Təqaüd proqramı barədə daha ətraflı elan vasitəsilə tanış olmaq mümkündür.