XƏBƏRLƏR

20.04.2018 12:55
Diaqnostik tədqiqatlarla bağlı müzakirələr aparılıb

Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində Asiya İnkişaf Bankının Azərbaycan üzrə diaqnostik tədqiqatla bağlı araşdırma missiyası ilə görüş keçirilib.

AzEDU.az xəbər verir ki, görüşdə 2016-cı ildə qəbul olunan strateji yol xəritələrində Azərbaycanın inklüziv və dayanıqlı inkişafı üzrə maneələrin müəyyən olunması istiqamətində həyata keçirilən diaqnostik tədqiqatın ilkin nəticələri barədə müzakirələr aparılıb.

Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlığın çoxşaxəli olduğunu vurğulayan Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev ölkəmizdə peşə təhsilinin vəziyyəti, mövcud problemlər və bu istiqamətdə aparılan islahatlar haqqında söz açıb, peşə təhsilinin inkişafı üçün birgə əməkdaşlığın həyata keçirilməsinin məqsədəuyğunluğunu vurğulayıb.

Görüşdə Asiya İnkişaf Bankının araşdırma missiyasının Azərbaycanda apardıqları iqtisadiyyatın diaqnostik tədqiqat layihəsi, onun ilkin nəticələri, eləcə də hərtərəfli tədqiqat üçün müəyyən edilən əsas sektor və mövzular barədə ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, diaqnostik tədqiqat Asiya İnkişaf Bankının 2019-2023-cü illəri əhatə edən tərəfdaşlıq strategiyasının hazırlanması üçün özündə mühüm məlumatları əks etdirəcək.

İlin gənc müəllimi-Müraciət formu