Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-15 12:38:00
Əlləri açarlı, qapıları bağlı məktəb laborantları – Vəzifə səlahiyyətləri və buraxılan boşluqlar  

Orta məktəblərdə əlində kabinet açarları, ara–sıra dəhlizdə dolaşan laborantları yəqin ki, çoxları xatırlayır. Əksəriyyət onları məktəbin kiçik ştat vahidlərindən biri kimi tanıyır. Hətta bir çoxorta məktəblərdə aparılan yeganə laborator iş mikroskop altında soğan qabığını müşahidə etmək olardı.

Əslində isə onların da vəzifəməsuliyyəti və səlahiyyətləri az deyil. Məsələn, Fransa, Almaniya, Böyük Britaniya, Türkiyə kimi inkişaf etmiş ölkələrdə  laborant, müəllim köməkçiləri tədris prosesinin düzgün qurulması, dərslərin təşkili, əyani vəsaitlərin hazırlanmasında müəllimlərin ən yaxın köməkçiləri hesab edilirlər.Bu məsuliyyətlər elə bizim təhsil qanunvericiliyində də mövcuddur. Amma buna nə dərəcədə əməl edilir?

Bu mövzu son zamanlar sosial şəbəkələrdə də müzakirə arealını genişləndirib. Məlum olub ki, adətən direktorlar bu vəzifədən katibə, köməkçi qismində yararlanırlar. Hazırda orta məktəb laborantının əsas vəzifəsinin direktora çay aparmaq, zəngləri cavablamaq,müdirin şəxsi tapşırıqlarını yerinə yetirməkdən ibarət olduğunu iddia edənlər də az deyil. Buna əsas kimi tədrisin ən qızğın saatlarında laboratoriya qapılarının bağlı olmasını göstərirlər.

Ölkə qanunvericiliyində məktəb laborantının əmək səlahiyyətləri belə şərh olunub:

-O, laboratoriya avadanlığı, cihaz və təlimin texniki vasitələrinin saz olmasına çalışır, onların vaxtında əldə edilməsi, xüsusi zavod və emalatxanalarda təmiri üçün sifariş hazırlayır, kimyəvi reaktivlərin düzgün saxlanması və istifadə olunmasını təmin edir;

-Avadanlıq, cihaz və reaktivləri laboratoriya işlərində, dərslərdəistifadəüçün hazırlayır, həmin avadanlıqların müvafiq təlimat və digər texniki sənədlərə uyğunluğunu yoxlayır;

-Filmotekalarla müntəzəm işgüzar əlaqə saxlayır;

-Müəllimləri dərs məşğələsi üçün lazım olan materiallarla təmin edir. Müəyyən olunmuş formada hesabatlar hazırlayır.

Qanunvericiliyə əsasən, laborant laboratoriya işləri və digər məşğələlərin keçirilməsi üzrə rəhbər və normativ sənədlərini; tədris avadanlıqlarından, texniki vasitə və cihazlardan istifadənin standartlarını; əməyin elmi təşkilinin əsaslarını; texniki təhlükəsizlik, sanitariya və yanğından mühafizə qaydalarını da bilməlidir.

“Məktəbimizə gələn müəllimlərin heç biri laboratoriyada praktik iş aparmağa cəhd göstərməyib”

Sosial şəbəkələrdə laborantların əmək fəaliyyəti haqda müzakirələrin aktiv iştirakçılarından biri də Saatlı rayon Yeni Novruzlu kənd tam orta məktəbinin direktoru Elnur Rzayevdir. O düşünür ki, kadrdan hər hansı işi tələb etməzdən öncə laboratoriyalar lazımi avadanlıqlarla tam təchiz edilməlidir:

“İşə yeni qəbul edilənlər, xüsusilə də Kimya, Fizika və İnformatika müəllimləri laborator işdən imtahan olunmalıdırlar. Yeni gələn müəllimdən laboratoriyada heç bir reaksiya apara bilməməsinin səbəbini soruşanda deyir, “universitetdə keçməmişik”. 2009-cu ildən bugünəcənməktəbimizə gələn müəllimlərin heç biri laboratoriyada praktik iş aparmağa cəhd göstərməyib…”

“SSRİ-dən qalma avadanlıqlarla nə iş görmək olar?”

O xatırladıb ki, məktəbdəki laboratoriyaların sayı sinif komplektindən asılıdır. Yeni tikilən məktəblərdə isə əsasən, Fizika, Kimya və İnformatika laboratoriyaları olur.

Problemin həlli yoluna gəldikdə isə Elnur müəllim bildirib ki, bu işdə müəllimlər fəal olmalıdırlar:

“Müəllim tələbkar olsa, laborant da, laboratoriya da vaxtlı-vaxtında işləyər. Məsələn, mənim ixtisasım Tarix müəllimliyidir. Məktəbdə bu fənnə aid nə istəsəniz var. Fizika müəllimi də marağında olsa, laboratoriyanı işə sala bilər. Kimya müəllimi istəsə, kimyəvi maddələri tapar. Axı, mənim ixtisasım olmadığına görə nə olduğunu bilmirəm. Laborant müəllimin köməkçisidir. Müəllim tələb etsə, o da işini görəcək.Amma laboratoriyalar da tam təchizedilməlidir. Dərsliklər kimi laborator avadanlıqlar da hər ilverilməlidir. SSRİ-dən qalma avadanlıqlarla nə iş görmək olar?”

Onun fikrincə, heç bir direktor iş bölgüsündə laborantı katibə kimi işlətməz… Onlar sadəcə boş qalıb, hansısa işi görməyəçalışanlardırlar:

“Müəllim bunu bacarmır, universitetdə keçmədiyini deyirsə, heç məsələni aydınlaşdırmağada dəyməz. Çünki xoşagəlməz hadisələr baş verə bilər. Məsələn, müəllim təcrübəsizliyi partlayışla nəticələnər, şagirdi cərəyan vurar və s. Bunun həlli yolu yalnız müəllimlərin öyrədilməsindən keçir”.

“Alim yetişdiririk, evində dəm qazından boğulur”

Şagirdlərin tələbkarlığı məsələsini gəlincə isə direktor deyib ki, bu, məktəbliləri elə dəmaraqlandırmır:

“Yuxarı siniflər yalnız repetitor yanına getməklə məşğuldurlar. Onlara laboratoriya işi lazım deyil. Heç kiçik siniflərdə maraqlanmırlar. Axı, onlar laboratoriya görməyiblər… Bir dəfə görsələr, tələb edərlər.VIII sinif şagirdi bir dəfə reaksiya görsə,davamı ilə maraqlanacaq. Amma o bir dəfə üçün avadanlıq olmalıdır.

Bilirsiz, ümumiyyətlə təhsil sistemimiz yenilənməli,formal iş və əsassız tələblər aradan qaldırılmalıdır. Təlim-tərbiyə düzgün qurulmalıdır... Müəllim-şagird, müəllim-valideyn, məktəb-cəmiyyət əlaqələri düzgün qurulsa, çox problemlər həllini tapar.

Fizika və ya Kimyadan alim yetişdiririk, amma evində dəm qazından boğulur... Və ya evində bir lampa sıradan çıxırsa, onu dəyişmək üçün usta axtarır... Bir sözlə, bilik  tətbiq edilmədikdəəhəmiyyətini itirir…”

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları