Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-15 11:45:00
XI sinfi bitirənlərin sayı AÇIQLANDI

Bu il ölkənin ümumi təhsil müəssisələrinin XI sinfini 82 782 şagird bitirəcək.

AzEdu.az xəbər verir ki, bunu  ONA-nın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildiriblər.

2019-2020-ci tədris ili üzrə ölkənin ümüumtəhsil məktəblərinin I sinfinə 164 234 şagirdin gedəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. İyunun 14-də ölkənin bütün ümumtəhsil məktəblərində “Son zəng” çalınacaq.