XƏBƏRLƏR

15.05.2019 11:30
“Builki imtahanlarda heç bir abituriyentdən 700 bal gözləmirəm” – Bədbin proqnoz  

Buraxılış və qəbul  imtahanlarında  abituriyentlərdən maksimum nəticə gözləmirəm. 700 bala istisna hal kimi 1 və ya 2 nəfər namizəd ola bilər.

Bunu AzEdu.az-a açıqlaması zamanı təhsil eksperti Elçin Əfəndi deyib. Onun sözlərinə görə, qəbul imtahanına düşən suallar ciddi hazırlıq keçən abituriyentlərə asan təsir bağışlayıb:

“Qismən hazırlaşanlar üçün imtahan çətin keçib. Dövlət İmtahan Mərkəzi əvvəlki illərdə olduğu kimi tapşırıqları mövzulara uyğun asan, orta və çətin olmaqla təyin etmişdi. Burada əsas çətinlik imtahanın yeni qaydada keçirilməsi və bir qədər çətin tipli tapşırıqların üstünlük təşkil etməsi olub.

Ümumi baxımdan, yay qəbul imtahanları yaz qəbul imtahanlarına nisbətən daha yaxşı nəticələrlə yadda qalacaq. Çünki abituriyentlər o vaxtadək yaz qəbul imtahanında buraxılan səhvləri aradan qaldıra, təkrara yetəri qədər zaman ayıra biləcəklər. Bu da yekunda istədikləri nəticəni əldə etməyə kifayət edəcək”.

Xatırladaq ki, mayın 12-də I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçirilib.

II-III qrup üzrə imtahanlar isə mayın 19-da təşkil olunacaq.

Nəzrin Rüstəmova Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu