Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-13 16:38:57
Ziya Məmmədovun qardaşı Texniki Universitetin prorektoru təyin olundu   

“Milli Məclisin sabiq deputatı Elton Məmmədov Azərbaycan Texniki Universitetin strateji inkişaf məsələləri üzrə prorektoru təyin olunub”.

Bunu AzEdu.az-a açıqlamasında ATU-nun  İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Abdullayev deyib.

O sözlərində məlumatın doğru olduğunu qeyd edib.

“Elton Məmmədov uzun müddətdir ki, Azərbaycan Texniki Universitetində çalışır. 2007-ci ildə   namizədlik dissertasiyasını müdafiə edərək, texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 2013-cü ildə “Neft sənayesinin  ekoloji və texniki problemlərinin  nanotexnoloji aspektləri” mövzusunda  doktorluq dissertasiyası müdafiə edərək,  texnika elmləri doktorluğu dərəcəsini əldə edib.

Ağsuda elmi pedaqoji fəaliyyət göstərib. Universitetin Ekoloji problemləri  və nanokompazitlərin tətbiqi  və tədqiqi elmi tədqiqat laboratoriyasının müdiri vəzifəsində çalışıb.

Hazırda isə  Avtomobil daşımaları və yol hərəkətlərinin  təşkili kafedrasının  professorudur.

Bir saat əvvəl  rektor əvəzləyicisi professor Xalıq Yahudov Elton Məmmədovu  Azərbaycan Texniki Universitetinin strateji inkişaf üzrə prorektoru təyin edib.

Elton Məmmədov çalışdığı müddətdə  universitetin xarici əlaqələrinin qurulmasında , elmi-tədqiqat laboratoriyaları ilə əlaqələrin inkişafında yaxından iştirak edib. Eyni zamanda onun rəhbərlik etdiyi elmi-tədqiqat laboratoriyası  dünyanın  nüfuzlu şirkətləri ilə layihələr həyata keçirib.Həmin laboratoriyada aparılan tədqiqatlar nəticəsində əldə olunan pul vəsaiti universitetin büdcəsinə daxil edilib.Xeyli elmi araşdırmalara rəhbərlik edib.Bu gündə həmin  araşdırmalar  neft-qaz sənayesinin inkişafında  istifadə olunur”.

Şükufə Süleymanlı