Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-13 16:00:00
AMEA-da dini profilli institut açıla bilərmi? – “Buna gərək yoxdur”- Rafiq Əliyev  

2019-2020-ci tədris ilindən IV-VIII sinif şagirdləri üçün dini biliklərin daha geniş şəkildə yer aldığı təkmilləşdirilmiş “Həyat bilgisi” dərsliklərinin tədris edilməsi nəzərdə tutulub.

“Multikulturalizmə giriş” fənni kimi isə  ali məktəblərdə bu istiqamətli mövzular tədris olunacaq.

Dinin tədrisi onun elmi aspektənaraşdırılmasınıda,tələbedir.Bu vəzifəni yerinə yetirəcək yer isə Azərbaycan Milli Elmlər Akademiyasıdır.

Belə olan halda, AMEA-da elmi istiqamətdə araşdırmalar aparmaq üçün qurumun nəzdində bu profilə uyğun institutun  yaradılmasına ehtiyac varmı?

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, professor Rafiq Əliyev AzEdu.az-a açıqlamasında AMEA nəzdində  belə elmi bir mərkəzin yaradılmasının vacib olmadığını qeyd edir:

“AMEA-nınFəlsəfə və Şərqşünaslıq İnstitutlarının tərkibində dinə aid şöbələr var. Lakin o bölmələrin  gördükləri işlərdən çox da xəbərdar deyiləm.

Hazırda  Azərbaycan İlahiyyat İnstitutu fəaliyyət göstərir ki, orada din və islamiyyət geniş tədris olunur.

Ümumiyyətlə, hər hansı  institut o zaman yaradılır ki, onun  elmi araşdırmaları cəmiyyətə  xeyir versin. AMEA-nın tərkibində İlahiyyat  İnstitutun yaradılması bizə heç nə  verə bilməz.

Dini profilli institut yaradılsa, onun mövzusu digər institutlardan  daha dərin olacaq. Orada tədqiq olunacaq bəzi məsələlər cəmiyyətimizə lazımlı olan nüanslar deyil.Biz bunu öyrətməklə ictimaiyyətə nə kimi xeyir verəcəyik?

Bu ideyanı mənfi şəkildə qiymətləndirirəm.Bu, yetişən nəslə yaxşı heç nə qazandıra bilməz”.

Şükufə Süleymanlı